Özbəkistan mətbuatı: Azərbaycan möhtəşəm tədbirləri keçirməyi yaxşı bilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Özbəkistan mətbuatı: Azərbaycan möhtəşəm tədbirləri keçirməyi yaxşı bilir - FOTO

15:50 - 25 / 05 / 2019
Özbəkistan mətbuatı: Azərbaycan möhtəşəm tədbirləri keçirməyi yaxşı bilir - FOTO

Miqyaslı beynəlxalq idman və mədəniyyət tədbirlərinin, möhtəşəm şouların  effektli şəkildə təşkili –inkişafda olan regional lider olan Azərbaycan özündə bunları birləşdirir.

Ölkənin iqtisadi uğurları, hökumətin iddialı və effektiv sosial-iqtisadi islahatları, idmanla mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi son on illərdə Azərbaycanın beynəlxalq nüfuzunu xeyli möhkəmləndirib.

1news.az xəbər verir ki, bütün bunlar Özbəkistanın Kun.uz saytında ölkəmizlə bağlı dərv edilmiş geniş məqalədə qeyd olunub. Həmin məqaləni təqdim edirik:

Malik olduğu zəngin və təhsilli insan resursları, sürətlə inkişaf edən iqtisadiyyatı sayəsində beynəlxalq nüfuzunu artıran Azərbaycan, dünya miqyaslı forumlar və tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə sübut edib. Bu cür yanaşma sayəsində Azərbaycanda Qəbələ Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Mstislav Rostropoviçin Bakı Beynəlxalq Musiqi Festivalı və Muğam Dünyası Beynəlxalq musiqi festivalı kimi tədbirlər keçirilir.

Lakin ölkənin artan potensialını nəzərə alaraq, Azərbaycan və xüsusilə paytaxt Bakı daha böyük tədbirlərin ev sahibi olmaq, daha böyük auditoriya cəlb etmək istəyində idi.

Dünyanı valeh edən, Azərbaycanın dostlarını sevindirən, tənqidçilərini isə kədərləndirən böyük bir uğura aparan yola çıxmaq üçün bir balaca təkan lazım idi.

2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Ell və Nikki dueti, nəfəskəsici bir finalda "Running Scared" mahnısını ilə qalib gələrək, növbəti ilin Eurovisionu Bakıya gətirdi. Bakı bu möhtəşəm müsabiqəni "Crystal Hall"da  - cəmi 8 aya tikilmiş yeni  arenada keçirdi. Bu, Bakıda belə böyük miqyasda keçirilən ilk beynəlxalq tədbir, həm də, şəhərin idarəçilik qabiliyyəti və infrastrukturu üçün ilk ciddi sınaq idi.  O zaman Azərbaycanın rəqibi Ermənistan Bakıya gəlməkdən imtina edərək,  Eurovision-2012 müsabiqəsinin boykotuna çağırış etmişdi. Amma Azərbaycan üzərinə düşən vəzifəni uğurla yerinə yetirərək, ölkəyə göstərilən təzyiqləri dəf edə bildi, Eurovision 2012-ə təşrif buyurmuş bütün qonaqların təhlükəsizliyini təmin etdi. 

2015-ci ildə isə Azərbaycan Bakıda ilk Avropa Oyunlarını keçirmək hüququ qazandı. Tarixi əhəmiyyətə malik olan bu idman hadisəsi də mükəmməl təşkil olunmuşdu. Avropa Oyunlarının təşkili idman həvəskarlarını valeh etdi, Azərbaycana turist axınında ciddi artıma, ən əsası isə, ölkənin imicinin yüksəlməsinə səbəb oldu.  93 ölkədə yayımlanan valehedici açılış mərasimini  izləyənlərin sayı 1 milyarda çatdı. 17 gün davan edən və dünyanın diqqətini Azərbaycana cəlb edən Oyunlar, əsasən, 68.700 nəfərlik Bakı Olimpiya stadionunda keçirilirdi. Bu stadion UEFA və FİFA tərəfindən müəyyən olunmuş bütün beynəlxalq standartlara cavab verən möhtəşəm memarlıq əsəridir. Bir neçə gündən sonra isə bu stadion artıq UEFA Avropa Liqası final matçına ev sahibliyi edəcək.

Beləliklə, bu gün biz daha bir vacib sinaqla üz-üzəyik - tariximizdə ilk dəfə olaraq Avropa Liqası Finalı keçirəcəyik.  İki ingilis komandası -  “Arsenal” ilə “Çelsi” üz-uzə gəlir. Amma təəssüf ki, hekayə təkrarlanır. Eurovision-2012-də olduğu kimi, indi də final matçının boykot edilməsi və hətta, “Arsenal”ın futbolçusu Henrix Mixitaryanın guya təhlükəsizlik səbəblərinə görə oynaya bilməyəcəyi matçın məkanının dəyişdirilməsinə dair çağırışlar eşidirik.

Halbuki, 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında 25 idmançıdan ibarət olan Ermənistan komandası təhlükəsiz şəraitdə iştirak etmişdi. Və erməni güləşçisi Karapet Çalyan jurnalistlərə müsahibəsində Bakıda heç bir psixoloji təzyiqlə üzləşmədiklərini, Ermənistan nümayəndə heyətinin yaxşı qarşılandığını etiraf etmişdi.

İndi isə qayıdaq Mixitaryanın təhlükəsizliyi ilə bağlı verilən zəmanət ətrafındakı vəziyyətə.

Artıq qeyd etdiyimiz hadisə - Ermənistan komandasının 2015-ci ildə heç bir problemsiz Bakıya gəlişi və oyunlarda iştirakı, erməni güləşçisinin turnirdə qazandığı gümüş medal sübut edir ki, Mxitaryanın  “Arsenal”la birgə  Bakıya gəlməməsi və əsas kimi təhlükəsizlik problemlərini göstərməsi tamamilə əsassızdır.

2017-ci ildə Azərbaycan Dördüncü İslam Həmrəyliyi Oyunlarını müvəffəqiyyətlə keçirərək dünya ölkələlərin gözündə öz ölkəsinin etibarlılığını bir qədər də möhkəmləndirdi. Bu oyunlar Azərbaycana özünü müxtəlif etnik qrupların xoşbəxt yaşadığı çoxmədəniyyətli bir ölkə kimi təqdim etməsi üçün daha bir fürsət oldu. Yeri gəlmişkən, son illərdə Azərbaycana gələn xarici turistlərin əsas hissəsini müsəlman ölkələrindən olanlar təşkil edib və onlar turizmin inkişafına böyük töhfələr veriblər.

Azərbaycanın keçirdiyi tədbirlərin miqyası getdikcə artan xətt üzrə inkişaf edir. Bəli, güclü mühərriklərin səs-küyü bəzilərini narahat edə bilər. Amma bunun F1 bolidlərinin səsi olduğunu  eşidəndə bu hiss aradan qalxır. 2016-cı ildən etibarən Azərbaycan dörd ildir ki, Formula 1 Azərbaycan Qran Prisini keçirir. Bakıda builki Grand Prini izləmək üçün ölkəyə 85.000-dən çox Formula 1 pərəstişkarı səfər edib. Bundan başqa, 2017 və 2018-ci il yarışları F1 Fan Voice icması tərəfindən mövsümün ən yaxşı yarışı seçilib.

Beləliklə, Bakı "ən bahalı və möhtəşəm idman növünün" qüsursuz təşkili ilə yenidən fərqlənməyi bacarıb. Halbuki, 2016-ci ildə F1 ilk dəfə Bakıda keçiriləndə, məkanın uyğun yer olmadığı haqda fikirlər eşidilirdi.

İndi Avropa Liqası finalı ərəfəsində də Azərbaycan bənzər kampaniya, oxşar hesabatlar və “arqumentlərlə” ilə qarşılaşıb. Amma F1 və digər nümunələrə əsaslanaraq əminliklə söyləmək olar ki, Azərbaycan bütün təzyiqlərə rəğmən, öz nüfuzunu və imicini daha da artıracaq. Biz tənqidçiləri sözlərlə deyil, 2019 UEFA Avropa Liqasının finalı kimi Avropa miqyaslı matçı uğurla keçirməklə susduracağıq.

1news.az

Paylaş:
580

Son xəbərlər

Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - FOTO18 / 03 / 2024, 21:05Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58İraq Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO18 / 03 / 2024, 15:48Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi18 / 03 / 2024, 15:41İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib18 / 03 / 2024, 15:38Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir18 / 03 / 2024, 15:33İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb18 / 03 / 2024, 15:20Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb18 / 03 / 2024, 15:12Bayramda Xaqani parkına yaxın bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq18 / 03 / 2024, 14:58Bakıda mənzildən meyit tapılıb18 / 03 / 2024, 14:49
Bütün xəbərlər