Paşinyandan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şok etiraf | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyandan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şok etiraf

15:13 - 20 / 11 / 2018
Paşinyandan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şok etiraf

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini etiraf edib.

Bu etirafı Paşinyan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etirazı haqqında danışarkən edib.

Karen Kazaryanın qohumları etiraz aksiyası keçirərək yolları bağlayıblar.

Paşinyan onlardan soruşur ki, “bu etiraz kimə qarşıdır”.

“Əgər Azərbaycana qarşıdırsa, onda niyə yolları bağlayırsınız, yox, əgər bizə qarşıdırsa və hesab edirsinizsə ki, az diqqət göstərilir, bu, doğru deyil. Mənim həyat yoldaşım iki dəfə bu ailə ilə görüşüb, mən də görüşəcəm. Əgər hesab edirsinizsə ki, Ermənistan Kazaryanın qaytarılması üçün səyləri artırılmalıdır, o zaman anlamaq lazımdır ki, proses Ermənistanın maraqlarına uyğun olmalıdır.

Nəyin bahasına olursa olsun, məsələnin həllini tələb edərkən, cəmiyyətin bunu necə qarşılayacağına da baxmaq lazımdır. Azərbaycan tərəfi dəyişdirməyi təklif edir. Biz buna getməliyikmi? Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarsaq, o zaman erməni ailələrinə necə cavab verəcəyik? Biz daha iki Ramil Səfərovu qaytaraqmı? Mən Kazaryan ailəsini anlayıram və hörmət edirəm, lakin yolları bağlamağı anlamıram. Yəni nəsə elə bir şey varmı ki, edə bilərdik, amma etmədik?”, - deyə Paşinyan bununla həm də Azərbaycanın masaya Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması şərtini qoyduğunu etiraf edib.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı torpaqlarda qalan doğmalarının məzarlarını ziyarət etmək istəyərkən, erməni hərbi birləşmələri tərəfindən girov götürülüb.

Publika.az

S.Xankişiyeva

 

Paylaş:
1303

Son xəbərlər

Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıbBu gün, 13:41Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44
Bütün xəbərlər