Prezident İlham Əliyev: İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev: İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır - YENİLƏNİB

13:06 - 18 / 10 / 2018
Prezident İlham Əliyev: İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsindən və bütövlükdə siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi.

“İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır”, - deyən dövlətimizin başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif layihələr icra etdiyini və onlardan birinin bu il İtaliya və Azərbaycan prezidentlərinin iştirakı ilə ölkəmizdə açıldığını bildirdi. Prezident İlham Əliyev ölkələrimizin energetika sahəsində əməkdaşlıq etdiyini, mədəniyyət sahəsində əlaqələrimizin gözəl nəticələr verdiyini dedi. Dövlətimizin başçısı münasibətlərimizin hərtərəfli inkişafı üçün parlamentlərarası əlaqələrin böyük rol oynadığını vurğulayaraq bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla həyata keçirildiyini bildirdi. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində ölkələrimiz tərəfindən qəbul edilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin rolunu qeyd etdi. Dövlətimizin başçısı İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin strateji tərəfdaşlıq əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

Qonaqpərvərliyə və xoş sözlərə görə minnətdarlığını bildirən İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati dedi: “Biz bilirik ki, Azərbaycan həm ənənə, həm də mədəniyyət baxımından çox zəngin ölkədir. Təbii ki, mənim səfərim iki ölkə arasında olan dostluq əlaqələrinin bir daha təsdiqidir”.

İkitərəfli münasibətlərimizin inkişafında ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin önəminə toxunan İtaliya Senatının sədri öz səfərinin də əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimiz və xalqlarımız arasında bir çox oxşarlığın olduğunu bildirən italiyalı qonaq dedi: “Azərbaycanda müxtəlif millətlərin dinc birgə yaşaması onu göstərir ki, İtaliya ilə Azərbaycan bu sahədə də uğurlu əməkdaşlıq həyata keçirə bilərlər”.

Görüşdə sənaye, enerji, neft-kimya, mədəniyyət, infrastruktur, kənd təsərrüfatı, ekologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

1news.az

10:44

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az bu barədə dövlət bşçısının saytına istinadla xəbər verir.

1news.az

Paylaş:
367

Son xəbərlər

Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56
Bütün xəbərlər