PwC Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərə dair seminar keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

PwC Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərə dair seminar keçirib – FOTO

16:55 - 18 / 12 / 2018
PwC Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərə dair seminar keçirib – FOTO

Dekabrın 17-də PwC Azərbaycan Vergi Məcəlləsinə və Azərbaycanın biznes qanunvericiliyinə digər əhəmiyyətli dəyişikliklərə həsr edilmiş seminar keçirib.

Seminar Landmark Plazanın Rotonda zalında baş tutub.

“Seminarın məqsədi müştərilərimizi və daha geniş biznes icmasını qanunvericilikdə edilmiş mühüm dəyişikliklər barədə məlumatlandırmaqdan ibarətdir. Biznes mühitində baş verən sürətli dəyişikliklər dövründə, biz ölkənin işgüzar və investisiya mühitinin təkmilləşdirilməsi üzrə Azərbaycan Hökuməti ilə işləyərək, çevik olmağa və müştərilərimizə fəal şəkildə məsləhət xidmətləri göstərməyə çalışırıq”, – PwC-nin Azərbaycanda İdarəedici Partnyoru Mövlan Paşayev giriş sözündə qeyd edib.  

Seminar Azərbaycanda PwC Şirkətinin vergi və hüquq xidmətləri üzrə lideri Arif Quliyevin rəhbərliyi və moderatorluğu ilə keçirilib. O, qanunvericilik prosesində dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Sessiyada 250-dən artıq şirkət rəhbəri, maliyyə direktoru və biznes sahibi iştirak edib.

Azərbaycanın reytinqini əks etdirən PwC “Paying Taxes” hesabatının son nəticələri PwC-nin Avrasiyada Vergi Və Hüquq Xidmətləri üzrə lideri Maykl Aern tərəfindən təqdim edilib.  Hesabata əsasən, bu il Azərbaycan vergilərin ödənilməsi üzrə 28-ci yeri tutur:

“PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz buna strategiyadan icrayadək vergi, hüquq, audit və məsləhət xidmətləri sahəsində müştərilərimizi maraqlandıran məsələlərin həllinə yönəldilmiş xidmətlər göstərməklə nail oluruq. PwC Azərbaycanda 6 ölkədən 140-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür”.

© 2018 PwC. Bütün hüquqlar qorunur. PwC təşkilatlara və fiziki şəxslərə qarşıya qoyulmuş məqsədlərinə nail olmaqda köməklik göstərir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 250,930 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələlər haqqında daha ətraflı məlumat üçün: www.pwc.com/az

Reklam hüququnda

 

Paylaş:
570

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər