Rusiyalı politoloq: Putin üçün Paşinyan Cənubi Qafqaz üzrə bütün vacib kartları qarışıq salmış biridir | 1news.az | Xəbərlər
Müsahibə

Rusiyalı politoloq: Putin üçün Paşinyan Cənubi Qafqaz üzrə bütün vacib kartları qarışıq salmış biridir

11:17 - 13 / 12 / 2018
Rusiyalı politoloq: Putin üçün Paşinyan Cənubi Qafqaz üzrə bütün vacib kartları qarışıq salmış biridir

1news.az-ın rusiyalı politoloq, “Şimal-Cənub” Siyasi Mərkəzinin aparıcı eksperti Aleksandr Karayevlə müsahibəsi:

- Ermənistanda növbədənkənar parlament seçkilərində vətəndaşların aşağı səviyyəsi (48,63%) respublikada vətəndaşların azlığının göstəricisidir.

- Biz bunun az göstərici olduğunu söyləyə bilmərik. Ola bilsin ki, bu, son illərin real göstəricisidir. Həqiqətən, Paşinyanın əsas tərəfdarları arasında səslərin hesablanması ilə heç bir manipulyasiya etməmək vədi verilmişdi, buna görə də Ermənistanda hazırda olan sayda seçicilər hesablanıb. Onların sayı çox da ola bilərdi. Ermənistanda son illər vətəndaşların ölkəni tərk etməsilə bağlı xəbərlər yeni deyil.

Keçmiş hakim partiya – Respublika partiyası tamamilə mübarizəni dayandırıb. Deməli bu partiyaya səs vermək istəyən vətəndaşlar seçkilərə getməyib. Düşünmürəm ki, əgər onlar seçki məntəqlərinə gəlsəydi, Respublika partiyası öz mövqeyini gücləndirə bilərdi. Partiya Parlamentin tərkibinə sadəcə üç-dörd nəfərlə düşə bilərdi.

- Nəticələrin sevinci bitdi, bundan sonra nə olacaq? Nikol Paşinyan vəd etdiyi bütün sözləri yerinə yetirə biləcəkmi?

- Əlbəttə ki, vəd etdiyi sözlərin bir qismini yerinə yetirəcək. Bir çoxları onu Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətdə olduğu ilk illərlə, həyata keçirdiyi islahatlarla müqayisə edir. Siyasi fəaliyyətin gələcək nəticələri – digər məsələdir. Çox güman ki, Paşinyan dövlət qulluğunun idarə edilməsi, büdcə xərcləirini azaldılması və ya gələcəkdə effektiv şəkildə istifadəsi sahəsində  hansısa islahatlar edə biləcək. Lakin əvvəlki korrupsiya sxemləri yeniləri ilə əvəzlənəcək.

Vəd etdiyi bütün sözlərə əməl etməyi o bacarmayacaq, sadəcə bir qismi, nazirlərin ixtisara salınmasını da həyata keçirəcək. Hüquq-mühafizə orqanları, polis, vergi idarələri, yerlərdə vətəndaşlarla sıx təmasda olan xidmətlər də ciddi manipulyasiya ediləcək. Bununla paralel olaraq siyasi mübarizə də aparılacaq.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqişəsinin nizamlanması istiqamətində Nikol Paşinyandan konstruktiv yanaşma gözləmək olarmı?

- Məsələ burasındadır ki, biz çətin proqnozlaşdırılmış siyasətçi, vətəndaşlara çox söz verən populist ilə i. görürük. Qarabağ münaqişəsi – Ermənistanın dünyadakı vəziyyətilə bağlı bir elementdir. Hazırki fasilə bir çox şeyləri vəd edir.

Dolayı işarələrlə Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə bir sıra izahat verdi, belə ki, Peşinyan daxili siyasi vəziyyətin sakitləşməsi üçün vaxt istədi və bundan sonra Bakı ilə daha konstruktiv danışıqlar başlanacağını bildirib.

- Paşinyan Moskva ilə münasibətlər quracaqmı?

- Ən çətini – Paşinyanın Moskva ilə münasibətlər qurmasıdır. Putin üçün Paşinyan Cənubi Qafqaz üzrə bütün vacib kartları qarışıq salmış biridir.

Moskva ümumilikdə KTMT üzrə, Ermənistanda bir çox birgə müəssisələrdə antikorrupsiya işləri ilə bağlı barışıb. Moskva bilir ki, Rusiya-Ermənistan münasibətində bütün konstruksiyalar saxlanılmalıdır. Lakin Paşinyan Putin üçün Nazarbayev, Əliyev kimi liderlər olan dairəyə daxil deyil.

O tamamilə başqa insandır, buna görə də Moskvanın Paşinyanla necə rəftar etməsi aydın deyil. Bir məqamı da diqqətinizə çatdırım ki, yaxın zamanlarda Putin Ermənistanın sabiq prezidenti Robert Koçaryanı ad günü münasibətilə təbrik etdi. Bu vacib siqnal idi.

Görünür Moskva qarışmamaq taktikasına söykənir. Lakin bu, Moskvanın Ermənistandakı vəziyyəti qəbul etməsi deyil. Sadəcə münasibətlərdə fasilə yaranıb.

Fasilənin sona çatması isə ölkələr arasında iqtisadi əlaqələrlə bağlı hansısa hərəkətlə bilinəcək. Əgər Rusiya Ermənistan üçün yeni kreditlər ayıracaqsa, bu, fasilənin sonu deməkdir. Hələ ki, belə bir məqam yoxdur.

Paşinyanın blokundan olan namizədlər bir-birini etibardan salır

Paşinyan məzuniyyətə çıxır

Koçaryan həbs oluna bilər

Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1218

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58
Bütün xəbərlər