Sahibə Qafarova: Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə qarşı yönələn məkrli planın tərkib hissəsidir | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə qarşı yönələn məkrli planın tərkib hissəsidir

16:16 - 11 / 07 / 2018
Sahibə Qafarova: Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə qarşı yönələn məkrli planın tərkib hissəsidir

Azərbaycanda güclü xalq iqtidar birliyi mövcuddur və bu birlik ölkəmizdə bütün problemlərin aradan qaldırılmasına imkan verir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova iyulun 10-da Gəncədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

Milli Məclisin deputatı bildirib ki, Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli planın tərkib hissəsidir və bu planı hazırlayanların hədəfində Azərbaycan dövlətçiliyi, müstəqilliyi dayanır. Bu əməli törədənlər faktiki olaraq terrorçulardır və onlar Azərbaycan dövlətinə qarşı terror törədiblər. Müxtəlif ölkələrdə baş vermiş qanlı hadisələri, ssenariləri Azərbaycanda da təkrarlamaq istəyən, ölkəmizdə böyük qırğınlar törətmək niyyətində olan bu dağıdıcı ünsürlərin məqsədi Azərbaycanda xaos və qarşıdurma yaratmaqdır.

S.Qafarova qeyd edib ki, bu terrorçular, təxribatçılar öz istəklərinə çata bilməyəcəklər. Çünki Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir və dövlətimizin başçısının ətrafında sıx birləşib. Bu ilin aprel ayında keçirilən prezident seçkilərində də biz bir daha bu reallığın şahidi olduq. Milli Məclisin deputatı deyib: "Azərbaycanın müstəqilliyini, dövlət quruluşunu, ölkəmizdəki sabitliyi hədəf alan hər bir qüvvə bu birlik qarşısında acizdir. Azərbaycan xalqı Gəncədə baş verən təxribatlara qarşı da öz barışmaz mövqeyini ortaya qoydu. Xalqımız dövlətimizin ətrafında bir yumruq kimi birləşərək pozucu qüvvələrə meydan vermədi.

Ölkənin tanınmış ziyalıları, kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə fəallıq göstərən vətəndaşlarımız təxribat əməllərini kəskin şəkildə pisləyərək öz dövlətinə sahib çıxdı. Bax, budur, əsl vətəndaşlıq mövqeyi, xalqın, cəmiyyətin birliyi. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu deyil və bu dəyərlərə qarşı atılan hər bir addımda dövlətini, xalqını sevən hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoyur. Bu hadisəni törədənlər, Azərbaycanda təxribat törətmək arzusunda olanlar da bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir və bu kimi cəhdlərlə müstəqilliyimizə xələl yetirmək mümkün deyil".

Sahibə Qafarova vurğulayıb ki, baş verən hadisələr zamanı diqqət çəkən mühüm məqamlardan biri də təhlükəsizlik orqanlarının, o cümlədən Azərbaycan polisinin yüksək vətənpərvərlik, peşəkarlıq nümayiş etdirməsidir. Rəşadətli, qətiyyətli Azərbaycan polisi ən çətin məqamlarda belə öz dövlətinə, dövlətçiliyimizə sədaqətlə xidmət edir. Azərbaycan polisi bir daha sübut etdi ki, xalqımızın, dövlətimizin təhlükəsizliyini qorumaq üçün öz canını qurban verməyə hazırdır. Asayiş keşikçiləri hər cür təxribata qarşı adekvat tədbirlər görür, pozucu qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirərək lazımi addımları atır.

“Azərbaycanın ən mürəkkəb situasiyalarda belə milli maraqlarımızı, xalqımızın mənafeyini qətiyyətlə qorumağı bacaran qüdrətli lideri var və Azərbaycan xalqı öz Prezidentinin yanındadır. Azərbaycan bundan sonra da öz müstəqillik yolunda inamla addımlayacaq”,- deyə Milli Məclisin deputatı vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
540

Son xəbərlər

Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıbBu gün, 13:41Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44
Bütün xəbərlər