Samsung yeni Galaxy S10 xəttini təqdim etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung yeni Galaxy S10 xəttini təqdim etdi

11:00 - 23 / 02 / 2019
Samsung yeni Galaxy S10 xəttini təqdim etdi

Fevralın 20-də ən gözlənilən tədbirlərdən biri – Samsung Unpacked 2019 baş tutdu.

San-Fransiskoda çoxdandır gözlənilən S10e, S10, həmçinin S10+ adlı üç cihazı özündə birləşdirən yeni Galaxy smartfon xətti təqdim edildi.

Yeni smartfonlar dünyada bir ilk olan, cihazların ön korpusunu yandan yana əhatə edən, Dynamic AMOLED displey ilə təchiz olunmuşlar. Burada panel Galaxy S10e modelində tam olaraq düz, Galaxy S10 və Galaxy S10+ isə sağ və soldan dairəvi şəkildə ifadə edilmişdir. Yeni ekran 16 milyona qədər rəng çaları ifadə edə bilir, bununla yanaşı bu cihazda smarfonlarda ilk dəfə təqdim olunan HDR 10+ kontenti dəstəklənir. İstifadə sahəsinin genişləndirilməsi üçün Galaxy S10 smartfon xəttində frontal kameralar kiçik “O” şəkilli dəliklərə yerləşdirilmişdir. Yeni displeyin adı da buradan ilhamlanaraq Infinity-O adlandırılmışdır.

Yeni xəttin dəyişiklikləri həmçinin barmaq izi skanerlərinə də aid edilmişdir. Belə ki, Galaxy S10e daktiloskopik sensor smatfonun sağ tərəfində ON/OFF düyməsinin üzərində, Galaxy S10 və Galaxy S10+  isə displey altına yerləşdirilmişdir. Qeyd etmək lazımdır ki, skanerlər optik deyil, smartfonlarda ilk dəfə təqdim edilmiş ultrasəs texnologiyası əsasında işləyir, bu da öz növbəsində sensorun dəqiqliyini artıraraq smartfon mühafizəsini yeni yüksəkliklərə daşıyır.

Galaxy S10e modelinin əsas kamerası iki moduldan ibarətdir. Birinci modulunun icazəsi 12MP (f/1.5−2.4), 123 dərəcəli ultrageniş ikincinin isə — 16 MP (f/2.2) təşkil edir. Galaxy S10 və Galaxy S10+ modellərində bu modullara 12 MP-lik  (f/2.4) telefoto kamerası da əlavə edilir. Kameralar, kadrda olan obyektləri avtomatik olaraq 30 ayrı kateqoriya üzrə sıralayan və bu sıralama əsasında təsviri optimallaşdıran süni zəka təxnologiyası ilə təchiz olunublar. Həmçinin, selfi kameraları da təkmilləşdirilərək, 4K / 30 fps və  HDR10+ formatlarında video çəkmək bacarığı və 10 MP icazə əldə ediblər. S10+ digər modellərdən fərqləndirən cəhət ön kameranın iki matrisalı olmasındadır. Belə ki, bunlardan standart 10 MP(f/1.9) icazəli birinci modulu və Boke effektli selfi çəkmək üçün təsvir dəqiqliyinin dərinliyini təhlil edən və fonun yayılma dərəcəsini tənzimləyən 8 MP-lik ikinci modulu qeyd etmək olar.

Yeni Samsung Galaxy S10 “üçlüyü” həmçinin hibrid SİM-kart slotu ilə təchiz olunub, belə ki,  burada sizin əlavə SİM-kart və ya 512 QB-ta qədər microSD-dən istifadə etmək imkanı əldə edirsiniz. S10e modeli 128 QB daxili və 6 QB-ta qədər RAM, Galaxy S10 və S10+ isə 8QB-da qədər RAM ilə təchiz olunmuşdur. Həmçinin,  Galaxy S10+ modelini Samsung xüsusi keramik korpus, 1 terabayt daxili yaddaş  və 12 QB RAM ilə təklif edir. Bu model microSD kart vasitəsi ilə yaddaşın 512 QB qədər artırılmasını dəstəkləyir.

Yeni smartfonların daha bir üstün cəhəti klassik 3.5-mm qulaqcıq portunun qoruyub saxlanılmasıdır. Bir çox rəqib şirkətinin flaqmanlarında bu tip ləğv edilərək USB-Type C qoşulmasından istifadə edilir.

Tezliklə bütün dünyada satışa çıxarılacaq smartfonlar Azərbaycan bazarında da mövcud olacaq. 21 Fevraldan – 7 Mart tarixinə qədər Samsung Galaxy S10 məhsul xəttinin smartfonlarını öncədən sifariş etdikdə hədiyyə olaraq Galaxy Buds qulaqlıqlarını qazanacaqsınız. Xüsusi təklifdən yararlanmağa tələsin.

Yeni Galaxy S10 xəttinin smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
529

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər