Tengiz Txilava: Gürcüstanda “Arsaxın qəhrəmanı”nın heykəli ola bilməz | 1news.az | Xəbərlər
Siyasət

Tengiz Txilava: Gürcüstanda “Arsaxın qəhrəmanı”nın heykəli ola bilməz

15:12 - 11 / 02 / 2019
Tengiz Txilava: Gürcüstanda “Arsaxın qəhrəmanı”nın heykəli ola bilməz

1news.az-ın gürcü ekspert Tengiz Txilava ilə müsahibəsi:

- Nə üçün Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş, dinc azərbaycanlıları qətlə yetirmiş terrorçu və separatçı Mixail Avaqyana büst qoyulub?

- Həmin büst separatçılığı təbliğ etdiyi üçün etirazlara səbəb olur. Bu şəxs separatçıların tərəfində döyüşüb. Gürcüstanın da Azərbaycan kimi separtizmlə bağlı problemləri var. Bizə deyirlər ki, bu şəxs Gürcüstanın tanımadığı “Arsax”ın qəhrəmanıdır. Buna görə də Gürcüstanda “Arsaxın qəhrəmanı”nın heykəli ola bilməz.

Hadisələrə diqqətlə nəzər yetirsək, görərik ki, heykəl çoxdan vardı, başqa yerdə idi. Sadəcə indi onu yenidən bərpa ediblər. Heykəlin yanvarın 20-də açılması çox şeydən xəbər verir. Bu, əvvəlcədən düşünülmüş və planlaşdırılmış təxribatdır.

Təəssüflər olsun ki, heykəlin açılışında Gürcüstanın hökumət nümayəndələri ilə yanaşı, erməni parlamentarilər də iştirak edib.

- Deyirsiniz ki, hökumət bundan xəbərsiz idi. Bu, mümkün ola bilər?

- Əsas hökumətin xəbərin olmayıb, yerli icra orqanları xəbərdar olub ki, bu da aydın məsələdir. Elə açılışda da onlar iştirak edib.

- Belə təəssürat yaranır ki, Gürcüstanın regiona münasibəti dəyişib. Yeni rəhbərlik Azərbaycanla münasibətləri pisləşdirmək istəyir? Belə ki, Azərbaycanda 20 Yanvar faciəsinin ildönümü qeyd edilən günü Gürcüstanda azərbaycanlıların qatilinə heykəl ucaldılıb.

- Gürcüstanın heç bir hökuməti – nə inkidi, nə də keçmiş hökumət Azərbaycanla münasibətlərin pisləşməsini istəməz. Bu münasibətlər əsrlər boyu qurulub. Bu, çox güman ki, boşluqdur. Elə etmək lazımdır ki, bu boşluqdan nə dövlət simasını itirsin, nə də oradakı vəziyyət gərginləşməsin.

- Abxaziya və Sxinvali regionu vasitəsilə dəmir yolu xəttinin açılışı mümkündür?

- Nəzəri baxımdan mümkündür. Hazırda bu istiqamətdə danışıqlar aparılır.

- Məsələ ilə bağlı Gürcüstan ictimaiyyətinin münasibəti necədir?

- Gec ya da tez gömrükdə qondarma Abxaziya və Cənubi Osetiyanın bayrağını görə bilərsiniz. Bu, zaman məsələsidir.

Hazırda Gürcüstan hökuməti bu barədə heç nə danışmır. Lakin hökumətimiz məsələni həll etməlidir. Gürcüstan ərasizindən silah-surtatın Ermənistana daşınması parlament tərəfindən qadağan edilib. Ümid edirəm ki, bu məsələ ilə bağlı mətbuatda müzakirələr aparılmayacaq.

Gürcüstan parlamentinin qarşısında azərbaycanlılar aksiya keçirir – FOTO – VİDEO

Arxadan vurulan zərbə: Gürcüstan separatçıları dəstəkləyir?

XİN Gürcüstana etirazını bildirib – Avaqyana görə

Gürcüstan XİN Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçiyə büstün qoyulmasına münasibət bildirib

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
779

Son xəbərlər

Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33
Bütün xəbərlər