United Sport MFL 2018/19-un 5-ci turu: “Böyük kapitanın” qolu, “Kapital Bank”dan möhtəşəm qələbə  – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

United Sport MFL 2018/19-un 5-ci turu: “Böyük kapitanın” qolu, “Kapital Bank”dan möhtəşəm qələbə  – FOTO – VİDEO

16:30 - 23 / 11 / 2018
United Sport MFL 2018/19-un 5-ci turu: “Böyük kapitanın” qolu, “Kapital Bank”dan möhtəşəm qələbə  – FOTO – VİDEO

United Sport MFL 2018/19-un 5-ci turu baş tutub.

1news.az-ın verdiyi xəbərə görə, növbəti tur da maraqlı məqamları ilə yadda qalıb.

5-ci turun Infinity konferensiyası daha məhsuldar alınıb. “Səbail”, “Turin”, “CS”, “Galaxy” və “Köftəçi Ramiz” kimi komandalar böyük qələbələrlə yadda qalıb. Daha inadkar qələbələr isə MFL-in favoritlərindən “Beerbaşa” və “Squadra” komandalarında olub.

5-ci turda uzun müddətdən sonra il qolunu “Köftəçi Ramiz”in kapitanı Tamerlan  İbrahimov vurub. “Köftəçi Ramiz” “Wolves” komandasını (6:0) darmadağın edib.

5-ci turda Infinity konferensiyasının ən yaddaqalan məqamları:

 

5-ci turdan sonra turnir cədvəlində beş klub arasında gərgin mübarizə müşahidə olunub. Hələ ki, “Moskva TM” və  “Astara FK” ən yüksək nəticəni nümayiş etdirir.

Dünən Platinum konferensiyasının da 5-ci turu baş tutdu. Hesabat turunda ən iri qələbəni “Baku City” üzərində 12:0 hesabı ilə “Kapital Bank” qazandı.

5-ci turda Platinum konferensiyasının ən yaddaqalan məqamları:

Gələn həftə, Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Sportinq” arasında Avropa Liqası matçı ilə əladar olaraq United Sport MFL 2018/19-un 6-cı turunun vaxtı dəyişdirilir.

Yeri gəlmişkən, noyabrın 15-də MFL TV-nin efirində #FootballTalk verilişi işıq üzü görüb. Aparıcı Rəfiqə Əzizin qonaqları sabiq futbolçu və Azərbaycanın futbol üzrə yığmasının eks məşqçisi Şahin Diniyev və United Sport MFL 2018/19-da çıxış edən “Rulewave Baku” komandasının kapitanı Sərxan Məhərrəmov olublar.

Verilişin əsas müzakirə mövzusu milli yığmamızın Millətlər Liqasındakı uğursuz çıxışı olub.

Veriliş zamanı Ş.Diniyev həmçinin yığmada məşqçilik etdiyi dövrlərdən, 2007-ci ildə Finlandiya yığması ilə qələbədən (1:0) və istefasından danışıb. Öz növbəsində də United Sport MFL 2018/19-da çıxış edən “Rulewave Baku” komandasının kapitanı Sərxan Məhərrəmov komadasının qazandığı qələbədən danışıb.

MFL United Sport 2018/19Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.

MFL-i izləyin:

MFL Facebook

MFL Instagram

MFL Youtube

http://www.mfl.az/

Tərcümə: S.Xankişiyeva

Paylaş:
847

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər