XİN Kolorado ştatının "erməni soyqırımı" ilə bağlı qətnaməsinə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

XİN Kolorado ştatının "erməni soyqırımı" ilə bağlı qətnaməsinə münasibət bildirib

12:05 - 25 / 04 / 2019
XİN Kolorado ştatının "erməni soyqırımı" ilə bağlı qətnaməsinə münasibət bildirib

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva ABŞ-ın Kolorado ştatının Senatı tərəfindən qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi və bu qətnamədə ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun tanınması ilə bağlı yayılmış məlumata münasibət bildirib. 

1news.az-a daxil olan açıqlamada deyilir ki,  24 aprel tarixində ABŞ-ın Kolorado ştatının 35 nəfərlik senatı qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul edib.  Bu qətnamədə Ermənistan və qondarma “Artsaxın” Türkiyə və Azərbaycan tərəfindən “blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırmının törədildiyi iddia edilir.

"Qeyd etmək istərdik ki, bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadən guya həmin qurumun tanıması kimi təqdim etməyə cəhd edib.  Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun “dövlət” kimi tanınması, ümumiyyətlə, ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir.

Onu da bildirmək istərdik ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur.

Ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub", deyə XİN rəsmisi bildirib.

P.Sultanova

 

 

Paylaş:
588

Son xəbərlər

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47
Bütün xəbərlər