Azay Quliyev: Toqraqlarımızı tam olaraq işğaldan azad edəcəyik! | 1news.az | Xəbərlər
Siyasət

Azay Quliyev: Toqraqlarımızı tam olaraq işğaldan azad edəcəyik!

14:17 - 27 / 09 / 2020
Azay Quliyev: Toqraqlarımızı tam olaraq işğaldan azad edəcəyik!

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçmiş və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə almışdır. Azərbaycan ordusu düşmənə ağır zərbələr vurararaq onu geri oturtmuş və  bütün cəhbə boyu əks-hücuma keçmişdir.

Daxil olan məlumatlara görə düşmən ordusu ciddi itki verərək geri çəkilir. Azərbaycanın qəhrəman əsgərləri tərəfindən 30 il işğalda qalmış  kənd və qəsəbələrimiz düşmən tapdağından azad edilir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin deputatı Azay Quliyev bildirib:

Deputat bildirib ki, dövlətimiz, xalqımız və ordumuz üçün torpaqlarımızı tam olaraq işğaldan azad etməkdən ötrü tarixi şans yaranıb:

Odur ki, ictimai təşkilatlardan, siyasi partiyalardan, mətbuatdan və bütövlükdə xalqımızadan asılı olan nədirsə onu etməli və tarixi fürsəti qaçırmayaraq uzun müddət arzu etdimiz Qarabağın və ətraf rayonların işğaldan azad olunmasına nail olmalıyıq.

Bunun üçün:

1) Ali Baş Komandan və Ordumuzun ətrafında daha sıx və yumruq kimi birləşməliyik;

2) Xalq, millət və cəmiyyət olaraq hazırkı məsuliyyətli və tarixi dönəmdə  Vətən naminə həmrəy olmalı, "hər şey cəbhə üçün, hər şey vətən üçün" devizi ilə yaşamalıyıq. Ayıq-sayıq olmalı və bütün sahələrdə düşmənin çeşidli  təxribatlarını və panika yaymaq istəklərini vaxtında müəyyən edib qarşısını almalıyıq;

3)Cəbhəyanı rayonlarda yaşayan əhalimiz daha diqqətli olmalı və rəsmi məlumatlardan başqa heç bir xəbər və məlumatlara inanmamalıdır;

4) Ehtiyac olduğu təqdirdə hər birimiz yaşımızdan və tutuduğumuz vəzifədən asılı olamyaraq cəbhəyə getməyə, topaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazır olmalıyıq.

Bizim işimiz haqq işidir, Vətən uğrunda apardığımız mücadilədir!

Bu müqəddəs savaşda biz mütləq qalib gələcəyik!

Torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik!

Allah Ordumuzu qorusun və müzəffər etsin!”

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib – FOTO – VİDEO – YENİLƏNİB

Hikmət Hacıyev: Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır

Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib

S.Xankişiyeva

Paylaş:
359

Son xəbərlər

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47
Bütün xəbərlər