“Azərbaycan Ordusu hər an döyüşə hazırdır” - Şair Ramaldanov | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Ordusu hər an döyüşə hazırdır” - Şair Ramaldanov

17:14 - 23 / 09 / 2020
“Azərbaycan Ordusu hər an döyüşə hazırdır” - Şair Ramaldanov

Düşmən təxribat törətmək üçün daim fürsət gözləyir. Lakin Azərbaycan Ordusunun bölmələri təmas xəttində vəziyyətə tam nəzarət edir və düşmənin təxribatlarına layiqli cavab verir. Tovuz hadisələri, eləcə də düşmənin diversiya qrupunun zabitinin əsir götürülməsi zamanı bunun şahidi olduq.

Bunu 1news.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov cəbhə bölgəsindəki vəziyyəti şərh edərkən deyib.

Ermənistan tərəfindən Livan və Suriyadan gələn muzdluların Qarabağ ərazisində yerləşdirilməsinə toxunan Ş.Ramaldanov bununla bağlı narahatçılığa ciddi əsasın olmadığını söyləyib:

“Ümumiyyətlə, işğala məruz qalandan sonra Dağlıq Qarabağdakı yaşayış məntəqələrinin əksəriyəti demək olar ki, boş qalıb. Çünki Ermənistanda yaşayan ermənilər Qarabağa köçmək istəmirlər, Qarabağdakı ermənilərin sayı isə azdır və aprel hadisələrindən sonra onlar da bu əraziləri tərk edib başqa yerlərə getməyə çalışırlar.

Digər tərəfdən Ermənistanda yaşayan ailələrdən birinin övladı Qarabağda şəhid olanda bu, cəmiyyət tərəfindən böyük narazılıqla qarşılanır, əsgər anaları ayağa qalxırlar. Buna görə də Ermənistan rəhbərliyi Qarabağda boş qalan yaşayış məntəqələrinə və cəbhə bölgəsinə başqa ölkələrdən gələn insanları, o cümlədən muzdlu əsgərləri və PKK döyüşçülərini köçürməyə çalışırlar”.

Azərbaycan Ordusunun hər an döyüşə hazır olduğunu deyən Ş.Ramaldanov Orduda və cəmiyyətdə vətənpərvərlik ruhunun çox yüksək səviyyədə olduğunu da vurğulayıb:

“Ordu xalqın, cəmiyyətin ordusudur. Aprel hadisələri zamanı, eləcə də pandemiya dövründə minlərlə gəncimiz bir araya gələrək ordumuza öz dəstəklərini ifadə etdilər və ərazilərimizi işğalçılardan azad etmək üçün hər an döyüşə atılmağa hazır olduqlarını göstərdilər.

Cəmiyyətimizdə də vətənpərvərlik hissi çox yüksək səviyyədədir. Şəhidlərimizin dəfni zamanı bunun şahidi oluruq. Bir çox vətəndaşımız öz avtomobillərinə Tovuz şəhidlərimizin şəkillərini vurur. Sosial şəbəkələrdə daim şəhidlərimiz haqqında məlumatlar paylaşılır, onlara öz hörmət və ehtiramlarını bildirirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri işğal faktı ilə barışmırlar və torpaqlarımızı işğaldan azad etmək üçün Ali baş komandanın əmrini gözləyirlər”.

B.Cahandarov

Paylaş:
705

Son xəbərlər

Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58
Bütün xəbərlər