Bakıda evdə meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdə meyit tapılıb

10:44 - 26 / 04 / 2024
Bakıda evdə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
226

Son xəbərlər

Messinin atası vəfat edib

08 / 08 / 2026, 15:55
Bütün xəbərlər