LSS MFL 2019/20 Liqasının XI və XII turları: TOTA-dan darmadağın, “Muğanbank” ilk məğlubiyyətini aldı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XI və XII turları: TOTA-dan darmadağın, “Muğanbank” ilk məğlubiyyətini aldı – FOTO – VİDEO

15:50 - 29 / 11 / 2019
LSS MFL 2019/20 Liqasının XI və XII turları: TOTA-dan darmadağın, “Muğanbank” ilk məğlubiyyətini aldı – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 11-ci və 12-ci turların oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 11-ci turda İnfinity konferensiyasının komandaları arasında keçirilən görüşlərdə aşağıdakı hesablar qeydə alınıb:

11-ci turda Platinum konferensiyasının komandaları arasında keçirilən görüşlərdə aşağıdakı hesablar qeydə alınıb:

Qeyd etdiyimiz kimi, bu həftə həm də 12-ci turun oyunları baş tutub.

Mövsümün 12-ci turunda İnfinity konferensiyasının komandalarının üz-üzə gəldiyi oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

12-ci turda Platinum konferensiyasının komandalarının üz-üzə gəldiyi oyunlarda isə aşağıdakı hesablar qeydə alınıb.

Həftənin ən maraqlı qarşılaşmalarından biri İnfinity konferensiyasının 11-ci turunda iki güclü rəqib – “Tiyagani” ilə “Universal” komandaları arasında oldu. Gərgin keçən qarşılaşmada komandalar hərəyə bir dəfə fərqlənərək meydandan sülhlə ayrıldılar.

Həftənin mərkəzi qarşılaşması isə Platinum konferensiyasının 12-ci turu çərçivəsində çempionluq uğrunda mübarizə aparan “Muğanbank”la “Beerbaşa” komandaları arasında baş tutub. Futbol həvəskarları bu iki iddialı komandanın görüşünü böyük həyəcanla gözləyirdilər.

MFL-in səhifəsində canlı yayımlanan görüş “pivəçilərin” minimal hesablı qələbəsi ilə yekunlaşıb. Uduzmağına baxmayaraq “Muğanbank” zirvədəki yerini qoruyub, “Beerbaşa” isə onunla xalq fərqini bir qədər azaldıb.

Həftə “Borussia Baku” komandası üçün uğurlu başladı. Komanda “Avengers” ilə matçda qələbəni qeyd etsə də, növbəti turda meydandan məğlub ayrıldı.

“Borussia Baku” futbolçuları “Avengers” üzərində qələbəni qeyd edirlər

12-ci turun hesablarını və qısa icmalını təqdim edirik:

5 maraqlı fakt

Bu həftə keçirilən 11-ci və 12-ci turlarla bağlı ən maraqlı 5 faktı təqdim edirik:

1. Həftənin ilk günü keçirilən 11-ci tur “Gənclik” komandasının nümunəvi addımı ilə əlmaətdar oldu. Belə ki, rəqibinin cəmi 5 oyunçu ilə meydana çıxdığını görən “Gənclik” də əsl “Fair-play” numunəsi göstərərək meydana 5 oyunçu ilə çıxıb. Görüş isə 4:2 hesabı ilə “Gənclik” komandasının xeyrinə başa çatıb.

2. Daha bir nümunəvi addım isə Fərəc Fərzəliyevlə bağlı atıldı. Komandalar bir qolunda fiziki qüsur olan futbolçuya MFL-də çıxışını davam etdirməsinə dəstək nümayiş etdirməklə əsl insanlıq nümunəsi göstərdilər.

3. Artıq qeyd etdiyimiz kimi, həftə ərzində qeydə alınan daha bir maraqlı fakt Platinum konferensiyasının vahid lideri olan “Muğanbank”ın “Beerbaşa” ilə oyunda ilk dəfə məğlub olması oldu. “Bankirlər” zirvədəki yerlərini qorusalar da rəqibləri ilə aralarında xal fərqinin azalmasına əngəl ola bilmədilər.

4. Həftə həm də 11-ci turda “Wolves”ə 9:1 qalib gələn “Mübariz” komandasının ilk böyükhesablı qələbə qazanması ilə yadda qaldı.

5. Sonuncu maraqlı faktımız isə komanda yox, onun azarkeşləri barədədir. Belə ki, “Darul Hikmət” komandası turnir cədvəlinin sonuncu pillələrində olmasına baxmayaraq hər zaman olduğu kimi bu həftə də azarkeşləri tərəfindən böyük dəstək aldı. Komandanın oyunlarına zurna-barabanla gələn sadiq azarkeşlər həqiqətən də alqışa layiqdirlər.

“Kontakt Home” komandasının vuran ayağı Elvin Şükürovdan “Squadra” ilə oyun öncəsi müsahibə almışıq. O, “LSS”dən “Kontakt Home”a keçməsi, “Kapital Bank” ilə oyundakı məğlubiyyət və MFL iştirakçılarından ibarət simvolik 6-lığı barədə danışıb.

Geridə qalan 12 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 12 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
786

Son xəbərlər

XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03
Bütün xəbərlər