Daha bir futbolçu oyun zamanı öldü | 1news.az | Xəbərlər
Futbol

Daha bir futbolçu oyun zamanı öldü

23:26 - 06 / 12 / 2016
Daha bir futbolçu oyun zamanı öldü

Tanzaniyada "Mbao" klubunun futbolçusu İsmayıl Xalfan oyun zamanı dünyasını dəyişib.

1news.az “Report”a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu matçın 74-cü dəqiqəsində rəqib oyunçu ilə toqquşduqdan sonra yerə yıxılıb və huşunu itirib.

Gənc futbolçuya tibbi yardım göstərilib və o, xəstəxanaya göndərilib. Lakin tibb müəssisəsinə çatan zaman futbolçu vəfat edib.

Həkimlərin məlumatına görə, futbolçunun ürəyi tutub və o, buna davam gətirə bilməyib.

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər