Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 47 nəfər yaralanıb
Türkiyənin Balıkəsir vilayətinin Susurluk rayonunda sərnişin avtobusunun aşması nəticəsində 47 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar dərhal xəstəxanalara yerləşdiriliblər.
1news.az xəbər verir ki, iyunun 24-də və 25-də Türkiyə ərazisində baş verən yol-nəqliyyat hadisələri nəticəsində ümumilikdə 22 nəfər həlak olub, 114 nəfər yaralanıb.
Qəzalarla bağlı rəsmi məlumatlarda bildirilir ki, Ramazan bayramı münasibətilə Türkiyədə başlanan tətillə əlaqədar magistrallarda yaranmış sıxlıq nəqliyyat vasitələrinin idarə olunmasında bir sıra problemlər yaradıb. Qəzalara əsas səbəb kimi sürət həddini aşmaq və sükan arxasında yuxulamaq göstərilir.
1news.az
927