Qahirə zooparkında yanğın baş verib | 1news.az | Xəbərlər
Dünya

Qahirə zooparkında yanğın baş verib

13:46 - 25 / 06 / 2017
Qahirə zooparkında yanğın baş verib

Qahirənin Gizə rayonunda yerləşən zooparkda güclü yanğın baş verib.

1news.az-ın  məlumatına görə, bu barədə “Əl Ərəbiyyə” telekanalı xəbər yayıb.

İlkin məlumata görə, zooparkda taxta materialdan tikilən xidməti köşkdən başlayan yanğın sürətlə ağaclara və digər ərazilərə yayılıb. Yanğın zamanı xəsarət alanlar barədə məlumat verilməyib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

1news.az

 

Paylaş:
3357

Son xəbərlər

Bütün xəbərlər