Formula-2 üzrə ikinci yarışda qalib müəyyənləşib
"Petramina Arden" komandasının fransalı pilotu Norman Nato Bakıda Formula-2 üzrə ikinci yarışın qalibi olub.
1news.az-ın məlumatına görə, onun nəticəsi 40:35:601 təşkil edib.
Yarışın 2-ci pilləsində "Prema Racing" komandasının pilotu Şarl Leklerk qərarlaşıb. O, yarışı ilk pillədə başa vursada, 10 saniyə cəza alaraq 2-ci yerlə kifayətlənib.
Yarışın 3-cü pilləsində isə Norman Natodan 11 saniyə dala qalan Nikolos Latifi qərarlaşıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
1news.az