Prezident İlham Əliyev Formula-1-in rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Formula-1-in rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB

19:55 - 25 / 06 / 2017
 Prezident İlham Əliyev Formula-1-in rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Formula-1-in sədri və icraçı direktoru Çeyz Kerini, Formula-1 Motorsportun direktoru Rous Braunu və Formula-1-in kommersiya və marketinq üzrə direktoru Şon Bratçesi qəbul edib.

1news.az-ın  məlumatına görə, Formula-1 yarışlarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı dedi ki, ötənilki yarışlardan sonra ölkəmizdə turizm sahəsində 25 faiz artım olub. Prezident İlham Əliyev Bakıda Formula-1 yarışlarının şəhər halqası trekində keçirilməsinin paytaxtımızın daha da yaxından tanınmasına imkan yaratdığını bildirdi. Dövlətimizin başçısı yarışların dünyada böyük sayda tamaşaçı auditoriyası tərəfindən izlənildiyini vurğuladı.

Bakıda olmaqdan məmnunluğunu ifadə edən və zəngin təəssüratlarının olduğunu deyən Formula-1-in sədri və icraçı direktoru Çeyz Keri paytaxtımızın çox gözəl və möhtəşəm şəhər olduğunu bildirdi. O, şəhəri gəzməkdən və Bakının gözəl mənzərəsini seyr etməkdən məmnunluğunu ifadə etdi. Çeyz Keri yarışlar üçün Bakıda çox gözəl şəraitin yaradıldığını xüsusi vurğuladı.

1news.az

17:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də “Formula One Group”un icraçı direktoru Çeyz Kerini qəbul edib.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

1news.az

Paylaş:
1218

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər