Salyanda qəzada xəsarət alanların şəxsiyyəti məlum olub

Bu gün Ələt-Astara magistralının Salyan rayonunun Xələt kəndi ərazisində keçən hissəsində iki minik avtomobili toqquşub.
1news.az-ın APA-ya isinadən verdiyi məlumata görə, “Mercedes” və “Volsvagen-Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər Salyan raoyn Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.
Qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.Onlar Cəlilabad sakinləri, 1932-ci il təvəllüdlü Əzizova Nazdar Dərgah qızı (oma sümüyünün sınığı), 2016 Mehdizadə Ayan, 2003-cü il təvəllüdlü Mehdizadə Aytən, 1981-ci il təvəllüdlü Mehdiyeva Dilşad və 1962-ci il təvəllüdlü Mehdiyev Məmmədəli (sürcü) və digər sürücü 1983-cü il təvəllüdlü Salyan rayonu Yenikənd sakini, Səlimov Hüseyn Ağamoğlan oğlu xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
1news.az