Xəzərdə batan şəxs xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə batan şəxs xilas edilib

20:05 - 25 / 06 / 2017
Xəzərdə batan şəxs xilas edilib

Xəzərdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş bir nəfər xilas edilib.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Abşeron rayonu, Qobustan qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:30-da başa çatıb.

1news.az

 

Paylaş:
1001

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər