Ərdoğan məsciddə huşunu itirib - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 25-də İstanbulun Ataşəhər rayonunda bayram namazı qılmaq üçün getdiyi Memar Sənan məscidində huşunu itirib.
1news.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinə dərhal ilk tibbi yardım göstərilib. Hazırda dövlət başçısının səhhətinin normal olduğu bildirilir.
Prezident Rəcəb Tayyib Ərdoğan məsciddən çıxarkən jurnalistlərin suallarını cavablandıraraq deyib: “Bu gün şəkərlə əlaqədar təzyiq problemi yaşadım. Çox şükür ki, qısa vaxtda səhhətim normallaşdı. Hazırda özümü çox yaxşı hiss edirəm".
1news.az
834