Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yanğın baş verib

14:16 - 26 / 06 / 2017
Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yanğın baş verib

Ermənilərin Ağdamın Orta Qərvənd kəndini atəşə tutması nəticəsində yanğın baş verib.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, düşmən atəşi nəticəsində kənd sakini Vilayət Həsənova məxsus tikili və tikilinin içərisinə yığılmış 450 ədəd ot bağlaması yanıb.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Babək Cahandarov

Paylaş:
885

Son xəbərlər

Bütün xəbərlər