Havanın temperaturu 38 dərəcəyə çatacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 38 dərəcəyə çatacaq

14:38 - 26 / 06 / 2017
Havanın temperaturu 38 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 27-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. 

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz  31-33° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  763 mm civə sütunundan 759  mm civə sütutuna enəcək. Nisbi rütubət  gecə 65-75 %,  gündüz  45-55%  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  21-22°, Türkan, Hövsan, Sahil, Şıxda  23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24° isti, gündüz  33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
913

Son xəbərlər

Bütün xəbərlər