Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

15:12 - 26 / 06 / 2017
Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Silahlı Qüvvələr Günü bayramı münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə);

- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);

- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;

- Zərifə Əliyeva parkında;

- Zabitlər parkında;

- Fəvvarələr meydanında.

Babək Cahandarov

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər