İmişli sakini Araz çayında batıb

İmişli rayonunda bədbəxt hadisə baş verib.
1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonu, Otuziki kəndində Araz çayında 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışına başlayıblar.
Əlavə məlumat veriləcək.
Babək Cahandarov
1027