Yəməndə vəba xəstəliyindən ölənlərin sayı mini ötüb | 1news.az | Xəbərlər
Dünya

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı mini ötüb

16:29 - 26 / 06 / 2017
Yəməndə vəba xəstəliyindən ölənlərin sayı mini ötüb

Aprelin sonlarından indiyə qədər Yəməndə vəba epidemiyası 1300 nəfərin həyatına son qoyub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilat tərəfindən yayılıb. Məlumatda vurğulanır ki, son iki ayda vəba Yəmənin, demək olar ki, bütün əyalətlərinə yayılıb. Ölənlərin dörddə biri uşaqlardır.

Bunda əvvəl BMT-nin Uşaq Fondunun Yəməndəki nümayəndəsi bəyan edib ki, ilin sonunadək Yəməndə vəba xəstəliyinə yoluxanların sayı 300 minədək arta bilər.

Babək Cahandarov

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər