16 nəfər qaydaları pozduğu üçün buraxılış imtahanlarından xaric edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

16 nəfər qaydaları pozduğu üçün buraxılış imtahanlarından xaric edilib

16:54 - 26 / 06 / 2017
16 nəfər qaydaları pozduğu üçün buraxılış imtahanlarından xaric edilib

İyunun 23-də keçirilmiş buraxılış imtahanlarında 16 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

1news.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən verdiyi xəbərə görə, iyunun 23-də Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanları keçirilib. 

İmtahanda IX sinif üzrə iştirakı gözlənilən 31715 şagirddən 348 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

XI sinif üzrə imtahanda iştirakı gözlənilən 25372 şagirddən 924 nəfəri imtahana gəlməyib. 14 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. 

Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Bakı şəhəri və regionlarda Apelyasiya Komissiyaları yaradılıb. Şagird və ya abituriyentlər Apelyasiya Komissiyalarına 29-30 iyun tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyaları Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında), DİM-inNaxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10), Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina), Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52), Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b), Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182), Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19), Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43) və Bərdə Regional Bölməsində (Bərdə ş., H. Əliyev prospekti, 100) fəaliyyət göstərəcək.

Babək Cahandarov

Paylaş:
667

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər