Elektrovoz Tovuz sakinini vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Elektrovoz Tovuz sakinini vurub

17:31 - 26 / 06 / 2017
Elektrovoz Tovuz sakinini vurub

Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə iyunun 25-də saat 12 radələrində Tovuz-Qovlar dəmir yolununun 121-ci kilometrliyində qorunmayan keçiddə qeydə alınıb.

Belə ki, həmin ərazidə elektrovozla Qovlar şəhər sakini 1967-ci il təvəllüdlü Səlfinaz Tağıyeva vurulub və nəticədə o, hadisə yerində ölüb.

Sonradan onun psixoloji problemlərinin olduğu və intihar etdiyi məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

Babək Cahandarov

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər