Polis bağ evlərindən oğurluq edən şəxsi saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis bağ evlərindən oğurluq edən şəxsi saxlayıb

17:48 - 26 / 06 / 2017
Polis bağ evlərindən oğurluq edən şəxsi saxlayıb

Polis əməkdaşları bağ evlərindən oğurluq edən şəxsi saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat veriblər.

Məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 17-dən iyunun 6-dək olan müddətdə rayon ərazsisindəki vətəndaşlara məxsus 4 bağ evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Xəlilov tutulub.

Babək Cahandarov

 

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər