Qubada ağır qəza: ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada ağır qəza: ölən var

13:02 - 26 / 06 / 2017
Qubada ağır qəza: ölən var

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə bu gün gecə saat 01 radələrində Quba rayonunun Nərimanabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri Elgün Hüseynovun idarə etdiyi “Opel” və Seyhun İsayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsi yolun kənarında dayanmış “Volksvagen” və “Mitsubishi” markalı avtomobillərə dəyib.

Nəticədə E.Hüseynov hadisə yerində ölüb, S.İsayev isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
1304

Son xəbərlər

Bütün xəbərlər