Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub – FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub – FOTO - YENİLƏNİB

14:05 - 27 / 06 / 2017
Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub – FOTO - YENİLƏNİB

İyunun 27-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.          

Görüşdə Azərbaycan ilə Polşa arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinin münasibətlərimizin inkişafı baxımından önəmi xüsusi vurğulandı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Prezident İlham Əliyev və Prezident Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim etdilər.

S.Xankişiyeva

Paylaş:
1435

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər