İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib – FOTO

16:00 - 27 / 06 / 2017
İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoydu, İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdi.

Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

S.Xankişiyeva

Paylaş:
1091

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər