Dənizdə batan şəxs xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə batan şəxs xilas edilib

17:22 - 27 / 06 / 2017
Dənizdə batan şəxs xilas edilib

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

S.Xankişiyeva

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər