TAP-ın rəhbəri dəyişib | 1news.az | Xəbərlər
İqtisadiyyat

TAP-ın rəhbəri dəyişib

18:00 - 27 / 06 / 2017
TAP-ın rəhbəri dəyişib

TAP konsorsiumunun (Trans Adriatic Pipeline AG, TAP) rəhbərliyinə yeni təyinat olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Luka Skieppati TAP-ın baş icraçı direktor, Uolter Peeraer isə prezident postuna təyin ediliblər. Hər iki şəxs vəzifələrinin icrasına iyunun 27-dən etibarən başlayır.

Qeyd edək ki, L. Skieppati Yan Bredşounu əvəzləyib. L.Skieppati TAP-a 1991-ci ildən çalışdığı İtaliyanın "Snam" şirkətindən qoşulub.

U.Peeraerin sonuncu iş yeri isə Belçikanın "Fluxys" şirkəti olub. Mütəxəssis şirkətin İdarə Heyətinin üzvü və icraçı direktoru kimi fəaliyyət göstərib.

S.Xankişiyeva

Paylaş:
1050

Son xəbərlər

Bütün xəbərlər