Havanın temperaturu 42 dərəcəyə qədər artacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 42 dərəcəyə qədər artacaq

13:09 - 20 / 07 / 2017
Havanın temperaturu 42 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 21-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq, şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 35-38, bəzi yerlərdə 40, Bakıda gecə  23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28, Türkan, Hövsan, Sahil, Şıxda  28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 21-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. 

Babək Cahandarov

Paylaş:
781

Son xəbərlər

Bütün xəbərlər