Səfir: ABŞ daha güclü bir ölkə qurulması üçün azərbaycanlılarla çiyin-çiyinə işləyir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Səfir: ABŞ daha güclü bir ölkə qurulması üçün azərbaycanlılarla çiyin-çiyinə işləyir

14:14 - 20 / 07 / 2017
Səfir: ABŞ daha güclü bir ölkə qurulması üçün azərbaycanlılarla çiyin-çiyinə işləyir

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Kürdəmir rayonunda səfərdə olub.

1news.az səfirliyin “Twitter” səhifəsinə istinadla xəbər verir ki,  diplomat Kürdəmirdə yenidən açılan Amerika guşəsi ilə tanış olub, bir qrup məktəbli ilə görüşüb.

O, Amerika guşəsindən Kürdəmir və ətraf rayonların əhalisinin böyük fayda əldə edə biləcəyinə ümidini ifadə edib.

R.Sekuta,  həmçinin “AzərSud” süd məhsulları zavodunu ziyarət edərək, mümkün biznes və texnoloji əməkdaşlığı müzakirə edib.

“ABŞ Azərbaycan fermerlərinə daha çox məhsul istehsal etməyə və məhsuldarlığı artırmağa köməklik göstərir. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının artırılması USAID -in Azərbaycandakı missiyasının əsas məqsədidir”, diplomat vurğulayıb.

Səfirin sözlərinə görə, ABŞ daha güclü bir ölkə qurulması üçün azərbaycanlılarla çiyin-çiyinə işləyir.

Pərvanə Sultanova

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər