Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı gedib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı gedib – FOTO

15:05 - 20 / 07 / 2017
Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı gedib – FOTO

Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı yola düşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, sınaq qatarı Türkiyənin Qars şəhərindən Gürcüstana yollanıb.

Sınaq qatarının ilk sərnişinləri arasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev olub. Adıçəkilən qurumların rəhbərləri yolboyu görülən işlərlə tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparıblar.

S.Xankişiyeva

 

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər