XİN-dən təkzib: Prezidentlərin görüşünün Moskvada keçirilməsi təklif olunmayıb | 1news.az | Xəbərlər
Siyasət

XİN-dən təkzib: Prezidentlərin görüşünün Moskvada keçirilməsi təklif olunmayıb

16:02 - 20 / 07 / 2017
XİN-dən təkzib: Prezidentlərin görüşünün Moskvada keçirilməsi təklif olunmayıb

Avstriyada keçirilən  ATƏT-in xarici işlər nazirlərinin görüşündə Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada görüşməsini təklif etməyib.

1news.az xəbər verir ki, bunu Rusiyanın  Xarici İşlər Nazirliyinin nümayəndəsi Artem Kojin deyib.

O bildirib ki,  Azərbaycan və Emənistan XİN rəhbərlərinin Brüssel danışıqlarında görüş yeri müzakirə olunmayıb.

Qeyd edək ki, daha əvvəl "İzvestiya" nəşri prezidentlərin görüşünün Rusiyada təşkilinin təklif olunduğunu yazıb.

Pərvanə Sultanova

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər