“Bərdə” ticarət mərkəzində güclü yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bərdə” ticarət mərkəzində güclü yanğın olub

11:32 - 20 / 07 / 2017
“Bərdə” ticarət mərkəzində güclü yanğın olub

Bərdə şəhərində yerləşən ticarət mərkəzində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bərdə şəhərində “Bərdə” ticarət mərkəzinin  ərazisində vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 612 m2 olan  12 mağazanın yanar konstruksiyaları ümumilikdə 600 m2 sahədə yanıb.

Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər