AFFA-dan iki futbolçuya ciddi cəza
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Keşlə” klubunun müqavilələrinə xitam verdiyi oyunçuları Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbolu ömürlük qadağan edilib.
1news.az xəbər verir ki, bununla bağlı AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Qərarda deyilir: “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdirilsin.
Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər”.
1news.az