Azərbaycanda ehtiyac meyarı artırıldı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda ehtiyac meyarı artırıldı

16:33 - 01 / 12 / 2017
Azərbaycanda ehtiyac meyarı artırıldı

Milli Məclis bu gün keçirilən plenar iclasında “2018-ci il üçün ehtiyac meyarı haqqında” qanun layihəsini qəbul edib.

1news.az-ın məlumatına görə, 2018-ci ildə ünvanlı sosial yardımın həcminin müəyyən edilməsi üçün istifadə olunan ehtiyac meyarı 130 manat təşkil edəcək.

2017-ci illə müqayisədə bu göstərici  14 manat artıb. Maliyyə naziri Samir Şərifov bildirib ki, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12% artırılaraq 130 manata çatdırılıb: "Ehtiyac meyarının artırılması cənab prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə diqqətinin artırılmasını sübut edir. Artımla əlaqədar maliyyə təminatının formalaşdırılması üçün qanun layihəsində dəyişikliklərin edilməsi zərurəti yaranıb".

1news.az  

Paylaş:
269

Son xəbərlər

Bütün xəbərlər