Azercell iPhone X kampaniyasına start verdi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell iPhone X kampaniyasına start verdi - FOTO

17:05 - 01 / 12 / 2017
Azercell iPhone X kampaniyasına start verdi - FOTO

iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telecom MMC  öz abunəçiləri üçün yeni iPhone X telefonları üzrə cəlbedici kampaniyaya başlayır. Belə ki, ayda cəmi 129 manat ödəməklə, abunəçilər ən müasir smartfona sahib ola və 30GB həcmində Hədsiz internet paketi əldə edə biləcəklər. 1-8 dekabr tarixləri ərzində kampaniyaya qoşulan müştərilər isə telefonu aldıqları tarixdən sonrakı bir ay ərzində Hədsiz tarifindən pulsuz yararlana biləcək.         

iPhone X kampaniyasına qoşulmaq üçün abunəçilər Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Telefonların sayı məhduddur.

Məlumat üçün qeyd edək ki, iPhone X iPhone-un ən yeni nəsil modelidir və yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir.

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.

Reklam hüququnda

Paylaş:
1293

Son xəbərlər

Bütün xəbərlər