Parlament 2018-ci ilin dövlət büdcəsini qəbul edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Parlament 2018-ci ilin dövlət büdcəsini qəbul edib

17:24 - 01 / 12 / 2017
Parlament 2018-ci ilin dövlət büdcəsini qəbul edib

"2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib".

1news.az  APA-ya istinadla  xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, millət vəkillərinin təkliflərinə uyğun olaraq bəzi tədbirlər üzrə xərclər üçün tələb olunan maliyyə təminatını yaratmaq məsələsi nəzərdən keçirilib və bəzi istiqamətlər üzrə xərclər artırılıb.

"Dəyişikliklərin ediləcəyi təqdirdə 2018-ci ilin dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 141,5 milyon manat artırılaraq 21 milyard 47 milyon manata çatdırılıb. Bununla əlaqədar 2018-ci ilin dövlət büdcəsinin kəsiri ilkin proqnoza nisbətən müvafiq olaraq 141,3 milyon manat artırılaraq 920 milyon manata çatdırılır. Bu da cari il ilə müqayisədə 255 milyon manat və yaxud 21,7% azdır. Bu zaman büdcə kəsiri ÜDM-in 1,3%-nə bərabər olmaqla cari il ilə müqayisədə 0,4 faiz-bənd azalacaq. İcmal büdcənin gəlirləri  ilkin proqnoza nisbətən 883 milyon manat və ya cari il ilə müqayisədə 1 milyard 29 milyon manat çox, xərcləri isə ilkin proqnoza nisbətən 1 milyard 737 milyon manat və ya cari il ilə müqayisədə 5 milyard 633 milyon manat az proqnozlaşdırılır. İcmal büdcənin kəsiri 831 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da cari il üçün təsdiq olunmuş büdcə kəsiri ilə müqayisədə 6 milyard 761 milyon manat və ya 89% azdır. Növbəti il üçün icmal büdcənin kəsiri ÜDM-in 1,2% səviyyəsində proqnozlaşdırılır", - deyə nazir vurğulayıb. 

Nazir əlavə edib ki, 2018-ci ilin dövlət büdcəsinə edilən artımlar Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində də artımlara gətirib çıxaracaq. Onun sözlərinə görə, bu məqsəd üçün tələb olunan vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Muxtar Respublikaya nəzərdə tutulan dotasiyanın artırılması hesabına təmin ediləcək.

Layihə səsə qoyularaq qəbul edilib.

1news.az   

 

Paylaş:
752

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər