Azərbaycan prezidenti BƏƏ rəhbərlərini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan prezidenti BƏƏ rəhbərlərini təbrik edib

18:28 - 01 / 12 / 2017
Azərbaycan prezidenti BƏƏ rəhbərlərini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Al Məktumu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

1news.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və firavanlıq diləyirəm”.

İ. Əliyev həmçinin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti  şeyx Xəlifə bin Zayed Al Nəhyana məktub ünvanlayıb: “Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm”.

1news.az

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər