Prezident İlham Əliyev laoslu həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev laoslu həmkarını təbrik edib

18:57 - 01 / 12 / 2017
Prezident İlham Əliyev laoslu həmkarını təbrik edib

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının prezidenti Bounyanq Volaçitə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və firavanlıq arzulayıram”.

1news.az

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər