Prezident: Azərbaycan "Asiyanın Qəlbi" - İstanbul Prosesini dəyərli mexanizm hesab edir - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Azərbaycan "Asiyanın Qəlbi" - İstanbul Prosesini dəyərli mexanizm hesab edir - FOTO - YENİLƏNİB

15:06 - 01 / 12 / 2017
Prezident: Azərbaycan "Asiyanın Qəlbi" - İstanbul Prosesini dəyərli mexanizm hesab edir - FOTO - YENİLƏNİB

Azərbaycan "Asiyanın Qəlbi" - İstanbul Prosesini dəyərli mexanizm hesab edir.

1news.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Hörmətli cənab Prezident Əşrəf Qani. Nümayəndə heyətlərinin rəhbərləri. Xanımlar və cənablar. “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin iştirakçı və dəstəkləyici ölkələrini və təşkilatlarını Bakıda keçirilən 7-ci nazirlər toplantısında salamlayıram.

Zati-aliləri, möhtərəm Prezident Məhəmməd Əşrəf Qaniyə nazirlərin Bakı toplantısının açılışında iştirak üçün mənim dəvətimi qəbul etdiyinə görə minnətdarlığımı ifadə edirəm”.

İlham Əliyev bildirib ki, Azərbaycan “Asiyanın Qəlbi” - İstanbul Prosesini Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir: “2012-ci ildə prosesə qoşulandan bəri biz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdəyik”.

Prezident deyib ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir: “Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, “Asiyanın Qəlbi” Bəyannamələrində bir daha vurğulanmışdır”.

Dövlət başçısı vurğulayıb ki, müstəqilliyinin bərpasının ilk illərindən Azərbaycanın təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində ciddi təhdidlərlə üzləşib: “Azərbaycan ərazisinin beşdəbir hissəsinin davam etməkdə olan işğaldan və yüz minlərlə vətəndaşının məcburən öz torpaqlarından qovulmasından əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam anlayır. Ermənistan 20 ildən çoxdur ki, Azərbaycanın təqribən 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.

İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Şəhərlərimiz və kəndlərimiz, binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər Ermənistan tərəfindən dağıdılıb”.

İlham Əliyev xatırladıb ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: “Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir”.

Prezident bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir:

“Hörmətli qonaqlar, Azərbaycan Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci və ən fəal ölkələr sırasındadır. Biz ikitərəfli səylər və eləcə də çoxtərəfli platforma çərçivəsində fəal iştirakımızla Əfqanıstanda ölkənin sabitliyinə, sülh şəraitində yenidənqurma və inkişafına yardım işinə sadiq olaraq qalırıq”.

Azərbaycan Prezidenti əlavə edib ki, Əfqanıstanın rifahı və tərəqqisi iqtisadi artım və regional əməkdaşlıq məsələləri ilə qarşılıqlı şəkildə bağlıdır və regionun ümumi təhlükəsizlik mühitindən asılıdır: “Çox önəmlidir ki, Əfqanıstanın yenidən qurulması və iqtisadi inkişafı məsələlərinə səylərimizin yönəldilməsi ilə yanaşı, biz ölkənin indiyədək əldə etdiyi tərəqqini qoruyub saxlamaq üçün Əfqanıstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını həll etməkdə davam edirik. Belə ki, terrorizm, radikal ekstremizm və separatizmin bütün forma və ifadə vasitələrindən qaynaqlanan təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərimizin davam etdirilməsi və bu məqsədlə regional əməkdaşlığın artırılması vacibdir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ikitərəfli müstəvidə, eləcə də idarəçilik, hərbi, hüquq mühafizə və minaların təmizlənməsi sahələri üzrə təlimlər vasitəsilə Əfqanıstanla öz təcrübəsini bölüşməyə sadiqdir: “Biz Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrindən (İSAF) sonrakı Qətiyyətli Dəstək Missiyasına (RSM) qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı təchiz etməklə töhfə veririk.

Şəffaf, korrupsiyaya və rüşvətə dözümsüz olan Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” Əfqanıstanla fəal şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlıq vətəndaşlara ictimai və fərdi xidmətlər göstərən “bir pəncərə” mərkəzlərinin yaradılması ilə Əfqanıstanın ictimai xidmətlərinin inkişaf etdirilməsinə yönəlmişdir”.

İlham Əliyev bildirib ki, Azərbaycan, eyni zamanda, geniş regional bağlılıq vasitəsilə Əfqanıstanın regional iqtisadiyyata inteqrasiyası, eləcə də öz qonşu və daha geniş region ölkələri ilə ticarətin canlandırılması üçün Əfqanıstanla əməkdaşlıq edir:

“Azərbaycanın təşəbbüskarı olduğu və davam etməkdə olan regional bağlılıq layihələri, o cümlədən bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji kəmər komponentləri, Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir. Bu layihələr Əfqanıstanın qlobal bazara çıxışını asanlaşdıracaq və bölgədə yükdaşımaların daha qısa, daha sürətli və daha səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq bağlılığı təmin edəcəkdir.

Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan tərəfindən bu yaxınlarda imzalanmış Lapis-Lazuli razılaşması Əfqanıstanı birbaşa Avropa ilə əlaqələndirəcək başlıca beynəlxalq, ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya boyu ticarəti artırmaq üçün infrastrukturun qurulması və təkmilləşdirilməsi vasitəsilə bağlılığa nail olmaq səylərində əldə olunmuş mühüm mərhələdir. Azərbaycan bu razılaşmanın bir hissəsi olaraq tranzit və nəqliyyat baxımından Əfqanıstan üçün çoxsaylı seçimlərin təmin edilməsinə töhfə verməkdən məmnundur”.

Prezident vurğulayıb ki, Əfqanıstanın regional ticarət, tranzit və nəqliyyat üçün vacib qovşaq qismində rolunu nəzərə alaraq bu coğrafi mövqenin faydalarını bölüşmək və Əfqanıstanda davamlı inkişafı dəstəkləmək baxımından Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA) rolu çox mühümdür:

“Əfqanıstana yardım yalnız insan həmrəyliyi məsələsi deyil. Bu, bütün region üçün regional iqtisadi əməkdaşlıq kontekstində ölkənin təhlükəsizliyini təmin etmək və böyük potensialını aşkarlamaqdan ibarətdir. Asiyanın Qəlbi regionunda sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsinin iki əsas istiqaməti üzrə strateji müzakirələrin aparılması məqsədilə Bakıda keçirilən nazirlər toplantısının mövzusu “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” seçilmişdir. Əminik ki, uyğun coğrafi mövqeyi, xalqının əzmkarlığı və hökumətin səyləri ilə Əfqanıstan Asiyanın Qəlbi regionunda regional ticarət və bağlılıqda vacib tərəfə çevriləcəkdir.

İnanıram ki, 2015-2025-ci transformasiya onilliyində Əfqanıstana dəstək olmaq üçün birgə səylərimiz Əfqanıstanın layiq olduğu təhlükəsiz, vahid, çiçəklənən və qonşuları ilə sülh şəraitində yaşayan ölkə olmaq məqsədlərinə nail olması üçün mühüm pillədir.

Əfqanıstanın suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə Azərbaycanın dəstəyini vurğulayır və Milli Birlik Hökumətinin qardaş və dost əfqan xalqı üçün vahid və sülh şəraitində çiçəklənən gələcəyə nail olmaq istiqamətində səylərinə uğurlar arzulayıram. Sağ olun”.

1news.az  

10:16

"Azərbaycan "Asiyanın Qəlbi” - İstanbul Prosesi dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək".

1news.az  xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında  çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib: "Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir. Bu, “Asiyanın Qəlbi” - İstanbul Prosesinin də əsasını təşkil edir və nazirlərin bəyanatında da əksini tapıb".

Prezident vurğulayıb ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi Əfqanıstanın dünya bazarına çıxmasına, əfqan mallarının Avropa bazarlarına daha qısa yolla çıxmasına imkan verəcək.

Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstan üçün müxtəlif imkanların yaradılmasından məmnundur: "Biz Əfqanıstanı ticarət, nəqliyyat üçün əsas mərkəz kimi görürük. Əfqanıstanla əməkdaşlıq yalnız iqtisadi əməkdaşlıqdan ibarət deyil, təhlükəsizlik sahəsində də əməkdaşlıq vacibdir. “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” tədbiri iki məsələ üzrə əməkdaşlığa xidmət edəcək. Biz inanırıq ki, Əfqanıstan regionda ticarət və nəqliyyat layihələrində mühüm rol oynayacaq. Əfqanıstanın 2018-2025-ci ildə qarşıya qoyduğu məqsədlərə çatacağına inanırıq. Biz Əfqanıstana töhfə verməyə hazırıq. Dost və qardaş Əfqanıstana firavan və xoşbəxt gələcək arzulayıram".

1news.az

 

 

 

Paylaş:
802

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər