Bakıda hüquqi şəxslərin cinayət məsuliyyəti mövzusunda simpozium keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hüquqi şəxslərin cinayət məsuliyyəti mövzusunda simpozium keçirilib - FOTO

22:27 - 01 / 12 / 2017
Bakıda hüquqi şəxslərin cinayət məsuliyyəti mövzusunda simpozium keçirilib - FOTO

Dekabrın 1-də Avropa İttifaqı ilə birlikdə həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində “Hüquqi şəxslərin cinayət məsuliyyəti” mövzusunda simpozium keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarının, birinci və apellyasiya instansiyaları məhkəmələrinin hakimlərinin qatıldığı tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov çıxış edərək korrupsiyaya qarşı mübarizənin ölkəmizdə dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulayıb, bu mübarizənin güclü siyasi iradəyə əsaslandığını xüsusi qeyd edib. Həmin sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Baş İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Vüqar Quliyev təqdimatla çıxış edərək layihə çərçivəsində hüquqi şəxslərin cinayət məsuliyyəti mexanizminin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə Niderland Krallığına nəzərdə tutulan tanışlıq səfəri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Simpoziumda Avropa Şurasının ekspertləri hüquqi şəxslər tərəfindən törədilən korrupsiya cinayətlərinə qarşı mübarizənin aspektləri, bu kateqoriyadan olan cinayətlərlə mübarizə sahəsində müsbət təcrübə, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının hüquqi və praktiki tərəfləri barədə təqdimatlar keçirib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

1news.az

Paylaş:
709

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər