Azercell-dən korporativ müştərilərinə xüsusi hədiyyə - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-dən korporativ müştərilərinə xüsusi hədiyyə - FOTO

12:30 - 01 / 12 / 2017
Azercell-dən korporativ müştərilərinə xüsusi hədiyyə - FOTO

Azərbaycanın lider mobil operatoru Azercell Telekom fəaliyyət göstərdiyi gündən etibarən abunəçilərinə, eləcə də, korporativ sektor müştərilərinə böyük qayğı ilə yanaşıb, onların uğurlu biznes fəaliyyətində bir tərəfdaş kimi çıxış edib.  Müxtəlif innovativ layihələrin müəllifi olan Azercell  bu dəfə korporativ abunəçiləri üçün "Uğurlu marketinq vasitələri”  adlı xüsusi seminar təşkil edib. "Uğurlu marketinq vasitələri”  adlı seminar satış və biznesin səmərəliliyinin artırılmasına imkan verən servis, xidmət və vasitələrin unikal platformasının təsisçisi, biznes təlimatçı İqor Mann tərəfindən aparılıb.

Noyabrın 28-i və 29-da Boulevard Oteldə baş tutan seminarda Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev də iştirak edib. Vahid Mürsəliyev Azercell Telekom MMC-nin korporativ abunəçiləri üçün indiyə qədər həyata keçirdiyi layihələrdən söz açıb:

“Korporativ abunəçilərimiz üçün həyata keçiriyimiz layihələr, gördüyümüz işlər öz töhfəsini verib. Belə ki, 2017-ci ildə 1300-ə yaxın yeni şirkət Azercell-in korporativ müştəriləri sırasına qatılıb. Uğurlu biznesin təşkili və idarəedilməsində düzgün marketinq strategiyasının müəyyən edilməsinin vacibliyini nəzərə alaraq bugünkü seminarı təşkil etdik.”

Məlumat üçün bildirək ki, Azercell tərəfindən təşkil olunan seminarın təlimçisi  İqor Mann İqtisad elmləri namizədi, "Synergy" Biznes Məktəbinin fəxri professorudu.

İ. Mann eyni zamanda Marketoloqlar Gildiyasının "Marketinqdə Əməkdaşlıq" mükafatının laureatı, "Mann, İvanov və Ferber" kitabını müəllifi, həmçinin PushBooks.ru nəşriyyatlarının təsisçisi, şirkətlərin satış və biznes səmərəliliyinin artırılmasına imkan verən servis, xidmət, texnologiya və vasitələrin unikal platforması olan Krostu.com səhifəsinin baş konstruktoru və həmtəsisçisidir.

Qeyd edək ki, iki gün davam edən seminara ölkədə fəaliyyət göstərən 300-dən artıq şirkətdən 500-dən çox əməkdaş qatılıb. Azercell şirkəti bundan sonra da korporativ abunəçiləri üçün bu qəbildən olan təlim və proqramların təşkilini planlaşdırır.

Reklam hüququnda

Paylaş:
960

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər