Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub - FOTO

12:29 - 01 / 12 / 2017
Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub - FOTO

Dekabrın 1-də Azərbaycan  Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

1news.az  xəbər verir ki, Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edildi.

Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edildi.

Daha sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

1news.az

 

 

Paylaş:
918

Son xəbərlər

Bütün xəbərlər